Ana səhifə / İdman / "Qəbələ"nin hücumçusu əməliyyat olundu "Qəbələ"nin hücumçusu əməliyyat olundu 25.04.2024, 14:08 Əziz Əzizli “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub. "Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib. İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir. Qeyd edək ki, Ülvi son matçını martın 9-da “Sabah”a qarşı keçirib. #gsc #gabalasc Teqlər: "\"Q\u0259b\u0259l\u0259\"nin h\u00fccum\u00e7usu \u0259m\u0259liyyat olundu"