Fernando Torres "Atletiko Madrid"in "B" komandasını çalışdıracaq
Əziz Əzizli
"Atletiko Madrid"in əfsanəvi sabiq futbolçusu Fernando Torresin İspaniya komandasındakı mövqeyi dəyişib.
"Operativ Media" Relevo'ya istinadən xəbər verir ki, "Atletiko Madrid"in U19 komandasının məşqçisi olan Torres gələn mövsümdən etibarən İspaniya nəhənginin B komandasını çalışdıracaq.
Qeyd edək ki, Torres "Atletiko Madrid"in U-19 komandasını bu mövsüm 7 oyuna çıxarıb. 4 qələbə qazanan Torres, 3 dəfə də məğlub olub.