Ana səhifə / İdman / "Qarabağ" - "Neftçi" matçının hakimləri açıqlandı "Qarabağ" - "Neftçi" matçının hakimləri açıqlandı 24.04.2024, 11:19 Əziz Əzizli Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb. "Operativ Media" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" - "Neftçi" matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək. Yarımfinal, cavab oyunları 24 aprel 17:00. “Qəbələ” – “Zirə” Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev. Hakim-inspektor: Rövşən Əhmədov. AFFA nümayəndəsi: Nəriman Axundov. VAR: Cavid Cəlilov. AVAR: Eyyub İbrahimov. Qəbələ şəhər stadionu 20:00. “Qarabağ” – “Neftçi” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Elgiz Abbasov. Tofiq Bəhramov adına Respublika stadionu Xatırladaq ki, ilk görüşlərdə "Qarabağ" səfərdə "Neftçiy"ə 4:0, "Zirə" isə evdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlmişdi Teqlər: "\"Qaraba\u011f\" - \"Neft\u00e7i\" mat\u00e7\u0131n\u0131n hakiml\u0259ri a\u00e7\u0131qland\u0131"