Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Zirə"yə qarşı
Əziz Əzizli
Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
"Operativ Media" xəbər verir ki, günün ilk matçında "Qəbələ" doğma meydanda "Zirə"ni qonaq edəcək. Komandalar arasında keçirilən ilk matçda qəsəbə təmsilçisi 2-1 hesabı ilə qalib gəlib.
Günün digər matçında isə "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Ağdam təmsilçisi ilk qarşılaşmada 4-0 hesablı qələbəyə sevinib.
Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
24 aprel
17:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:2.
20:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun – 4:0.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net