Menyu

Raul: Bellinqemi Zidanla müqayisə etmək düzgün deyil

Əziz Əzizli
Raul: Bellinqemi Zidanla müqayisə etmək düzgün deyil

“Real Madrid”in və İspaniya millisinin sabiq hücumçusu Raul Qonzales “Kral Klubunun” sabiq yarımmüdafiəçisi və baş məşqçisi, fransalı Zinəddin Zidanı 20 yaşlı ingilis yarımmüdafiəçi Jude Bellinqemlə müqayisə etmək istəməyib.

"Operativ Media" xəbər verir ki, sabiq futbolçu "Mundo Deportivo" nəşrinə açıqlama verib.

"Real"da ilk mövsümünü keçirir. Bellinqem çox yetkindir. Onun bütün həyatı boyu “Real”da oynaması təəssüratı doğurur. Məni ən çox o təəccübləndirir. O, belə davam edərsə, klubun əfsanələrindən birinə çevrilə bilər.

Məncə, Bellinqemi əfsanəvi futbolçu olan Zidanla müqayisə etmək düzgün deyil. Mənim üçün onlar fərqlidirlər, lakin Bellinqem tarix yaza bilər”.

Cari mövsümdə Bellinqem 36 matçda iştirak edib, 21 qol vurub, 10 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər