Menyu

Luka Modriç daha bir mövsümü "Real"da keçirmək istəyir

Əziz Əzizli
Luka Modriç daha bir mövsümü "Real"da keçirmək istəyir

"Real Madrid"in 38 yaşlı xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç daha bir mövsümü italiyalı Karlo Ançelottinin rəhbərlik etdiyi komandada keçirmək istədiyini bildirib.

"Operativ Media" xəbər verir ki, onun hazırkı müqaviləsi bu mövsümün sonuna qədər, Ançelottinin müqaviləsi isə 2026-cı ilə qədərdir.

Modriç 2012-ci ilin avqustunda Londonun "Tottenhem"indən "Real"a keçib. Transferin məbləği 35 milyon avro olub. Transfermarkt indi Modriçin transfer dəyərini 8 milyon avro qiymətləndirir.

Modriç "Real Madrid" ilə üçqat İspaniya çempionu, ikiqat kubokun qalibi, beşqat Superkubok qalibi, beşqat Çempionlar Liqasının qalibi, dördqat Avropa Superkubokunun qalibi və dördqat Avropa Superkubokunun qalibi olub.

Teqlər:

"Luka Modri\u00e7 daha bir m\u00f6vs\u00fcm\u00fc \"Real\"da ke\u00e7irm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər