Menyu

"Beşiktaş" italyan baş məşqçi ilə danışıqlara başlayır

Əziz Əzizli
"Beşiktaş" italyan baş məşqçi ilə danışıqlara başlayır

Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş" baş məşqçi axtarışlarını davam etdirir.

"Operativ Media" "Sabah" nəşrinə istinadən xəbər verir ki, "ağ-qaralar" italiyalı baş məşqçi Maurizio Sarrini komandanın başına gətirmək istəyir.

"Beşiktaş" klubunun vitse-prezidenti Hüseyn Yücel növbəti həftə baş məşqçi Maurizio Sarri ilə görüşəcək. Yücel bu görüşdə Sarridən razılıq alarsa, meneceri ilə danışıqlar başlayacaq. Daha sonra rəqəmlər və büdcələr müzakirə edilməyə başlayacaq.

Qeyd edək ki, "Beşiktaş"ın maraqlandığı baş məşqçilər arasında Qurban Qurbanovun da adı var.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər