"Jirona” tarixində ilk dəfə avrokubok turnirində çıxış edəcək
Əziz Əzizli
İspaniya La Liqası komandası "Jirona" tarixində ilk dəfə avrokubok turnirində çıxış edəcək.
"Operativ Media" xəbər verir ki, İspaniya çempionatının 32-ci turunda "Kadis" üzərində 4:1 hesablı qələbə sayəsində "Jirona" 68 xalla 3-cü pillədə qərarlaşıb və ən azı 7-ci yeri təmin edib ki, bu da sona 6 tur qalmış Konfrans Liqasında iştirak hüququ verir.
"Jirona" La Liqada 4-cü mövsümünü keçirir. Əvvəllər komanda mövsümü 10-cu yerdən yuxarı başa vurmuyub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma