Menyu

"Araz-Naxçıvan" "Səbail"lə oyunun hazırlıqlarını davam etdirir

Əziz Əzizli
"Araz-Naxçıvan" "Səbail"lə oyunun hazırlıqlarını davam etdirir

Azərbaycan Premyer Liqasının 31-ci turunda “Səbail”i qəbul edəcək “Araz-Naxçıvan” məşqlərini davam etdirir.

"Operativ Media" xəbər verir ki, bu gün 90 dəqiqə davam edən hazırlıq prosesində taktiki-texniki təmrinlər yerinə yetirilib. Bir müddətdir zədəli olan Aksel Nqando fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında fərdi məşqlə kifayətlənib. Onun həftəsonu keçiriləcək matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq. 

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Səbail” oyunu aprelin 21-də, saat 19:00-da Liv Bona Dea Arenada keçiriləcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər