Menyu

"Beşiktaş"ın baş məşqçi namizədləri arasında Qurban Qurbanov da var

Əziz Əzizli
"Beşiktaş"ın baş məşqçi namizədləri arasında Qurban Qurbanov da var

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Beşiktaş"ın baş məşqçisi postuna namizədlərdəndir.

"Operativ Media" xəbər verir ki, bu barədə "qara qartallar"ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür "ARB 24" kanalına açıqlamasında deyib. O, Qurbanovun namizədlər siyahısında yer aldığını bildirib:

"Amma bu gün üçün qətiləşmiş bir durum yoxdur. Çünki çoxlu namizədimiz var. "Beşiktaş" Fernando Santuşda axtardığını tapa bilmədi. İndi axtarışlar başlayıb. Yeni mövsüm üçün baş məşqçimizin əcnəbi olacağı görünür. Lakin əlbəttə, Sərgən Yalçın kimi ismi ön plana çıxan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar" - deyə klub rəsmisi bildirib.

"Beşiktaş"da baş məşqçi Fernandu Santuşla yollar ayrılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər