"Barselona" "Real Madrid"ə uduzsa Xavini istefaya göndərə bilər
Əziz Əzizli
İspaniya çempionu "Barselona"nın rəhbərliyi Kataloniya komandasının aprelin 21-də İspaniya çempionatında "Real Madrid"ə uduzacağı təqdirdə baş məşqçi Xavini artıq bu ay istefaya göndərə bilər.
"Operativ Media" xəbər verir ki, bu haqda İspaniya mətbuatı məlumat yayıb.
Klubun ikinci komandasının baş məşqçisi Rafael Markes mövsümün qalan hissəsində “Barselona”nın baş məşqçisi ola bilər.
Xavi bu mövsüm başa çatdıqdan sonra vəzifəsini tərk edəcəyini açıqlayıb.
Çempionlar Liqasının 1/4 finalında "Barselona" Fransa çempionu PSJ səddini aşa bilməyib. Parisdə keçirilən ilk oyunda "Barselona" 3:2 hesabı ilə qalib gəlib. Cavab görüşündə PSJ 4:1 hesabı ilə qalib gəlib.