Menyu

Ancelotti: Qvardiola sakit ola bilər, çünki mən yeni heç nə icad etməyəcəyəm

Əziz Əzizli
Ancelotti: Qvardiola sakit ola bilər, çünki mən yeni heç nə icad etməyəcəyəm

“Real Madrid”in italiyalı baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Mançester Siti”yə sürpriz hazırlamır.

"Operativ Media" xəbər verir ki, daha əvvəl İngiltərə klubunun kataloniyalı baş məşqçisi Xosep Qvardiola Ançelottinin ona sürpriz edə biləcəyini demişdi.

“Biz tam oyun keçirmək, yaxşı hücum etmək və yaxşı müdafiə etmək niyyətindəyik. Əks-hücumlar zamanı keyfiyyətli oyun komanda əsaslı və mürəkkəb olmalıdır. Biz heç bir fərdi komponentə diqqət yetirməyəcəyik.

Düşünürəm ki, Qvardiola ilə bir-birimizi çox yaxşı tanıyırıq. Pep sakit ola bilər, çünki mən yeni heç nə icad etməyəcəm”  deyə Ançelotti bildirib.

“Mançester Siti” və “Real” arasında cavab oyunu bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Madriddə komandalar 3:3 hesablı heç-heçə edib.

Teqlər:

"Ancelotti: Qvardiola sakit ola bil\u0259r \u00e7\u00fcnki m\u0259n yeni he\u00e7 n\u0259 icad etm\u0259y\u0259c\u0259y\u0259m"

Əlaqəli Xəbərlər