Paris 2024 Olimpiya Oyunlarının məşəli alovlandırıldı
Əziz Əzizli
Paris 2024 Olimpiya Oyunlarının məşəli alovlandırılaraq Yunanıstandan Fransaya səyahəti başlayıb.
"Operativ Media" xəbər verir ki, Paris 2024 Olimpiya Oyunlarının Olimpiya məşəli qədim Olimpiya Oyunlarının vətəni olan qədim Olimpiya şəhərində keçirilən xüsusi mərasimdə alovlandırılıb.
Məşəlin Yunanıstandan Parisə səyahətinin başlanğıcı olan tədbirə BOK prezidenti Tomas Bax və Paris 2024 Təşkilat Komitəsinin prezidenti Toni Estanqet də daxil olmaqla çoxlu sayda insan qatılıb. Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək
Teqlər:
"Paris 2024 Olimpiya Oyunlar\u0131n\u0131n m\u0259\u015f\u0259li alovland\u0131r\u0131ld\u0131"