Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu
Əziz Əzizli
Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində oyuna çıxıb.
"Operativ Media" xəbər verir ki, Stokholm təmsilçisi Elit Liqa Kuboku matçında öz meydanında “Norçöpinq”i qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklələ başa çatıb.
Musa Qurbanlı bu görüşdə 90 dəqiqə meydanda olub. 22 yaşlı forvard 52-ci dəqiqədə penaltidən komandasının yeganə qolunu vurub.
Teqlər:
"Musa Qurbanl\u0131 \u201cYurqorden\u201din U-21 komandas\u0131nda qol vurdu"