Menyu

Torqan Azar mövsümü erkən başa vurdu

Əziz Əzizli
Torqan Azar mövsümü erkən başa vurdu

Belçika milli komandasının və "Anderlext"in futbolçusu Torqan Azar zədələnib.

Futbolpress.az xəbər verir ki, o, "Yunion"la matçın 37-ci dəqiqəsində zədələnərək meydanı tərk edib.

Müayinə zamanı məlum olub ki, futbolçunun sağ dizinin ön çarpaz bağı qopub.

Yarımmüdafiəçi təxminən 8 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu isə onun Avropa çempionatının final mərhələsində iştirak edə bilməyəcəyi anlamına gəlir.

AVRO-2024-ün final mərhələsi 14 iyun - 14 iyulda Almaniyada təşkil olunacaq

Teqlər:

"Torqan Azar m\u00f6vs\u00fcm\u00fc erk\u0259n ba\u015fa vurdu"

Əlaqəli Xəbərlər