Mauro İkardi bu mövsüm "Qalatasaray"ın heyətində 26 qol vurub. Argentinalı ulduz vurduğu qollardan əlavə 11 məhsuldar ötürmə edib.
"Operativ Media" xəbər verir ki, İkardi "Alanyaspor"a vurduğu qolla karyera rekordunu qırıb. 31 yaşlı hücumçu bu mövsüm 37 qola töhfə verib, 2014-2015 mövsümündə vurduğu 36 qol göstəricisini ötüb.
Mauro İkardi qalan matçlarda daha 8 qol vursa, Aleks De Souzanın 2010-2011 mövsümündəki 44 qolluq rekordunu geridə qoya bilər.