Menyu

Hal-hazırda işsiz olan baş məşqçilər - Mourinyo, Zidan və başqaları

Əziz Əzizli
Hal-hazırda işsiz olan baş məşqçilər - Mourinyo, Zidan və başqaları

"Transfermarkt" saytı hal-hazırda işsiz olan bəzi məşqçilərin adlarını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, "Real Madrid" ilə ardıcıl 3 il Çempionlar Liqası kubokunu qazanan Zinəddin Zidan 2021-ci ildən klubsuzdur. Zidan 2016, 2017 və 2018-ci illərdə Madrid komandası ilə UEFA Çempionlar Liqası kubokunu qazanıb. Fransalı çalışdırıcı 301 matçda 190 qələbə, 63 heç-heçə və 48 məğlubiyyət alıb və hər matçda orta hesabla 2,10 xal qazanıb. Almaniyanı 2014-cü il dünya çempionatına aparan 63 yaşlı Yoahim Löv də bu siyahıdadır. Löv karyerası ərzində 404 matçda iştirak edərkən orta hesabla 1,87 xal toplayıb.

Siyahıda Mauritsio Sarri, Niko Kovac, Joze Mourinyo və Rudi Qarsiya kimi adlar da diqqət çəkir. 2019/20 mövsümündə "Yuventus"la A Seriyasını, 2018/19 mövsümündə "Çelsi"ni Avropa Liqasının çempionu edən Mauritsio Sarri özünə yeni klub axtarır. Təcrübəli italiyalı çalışdırıcı sonuncu dəfə "Latsio"da çalışıb. Almaniya futbolunun tanış adlarından olan Niko Kovaç sonuncu dəfə “Volfsburq”u çalışdırıb. Zidan kimi karyerasında Çempionlar Liqası kubokuna sahib olan Joze Mourinyo 2024-cü ilin yanvarından klubu olmayan məşqçilər siyahısındadır.

Domenek Torrent, Fernando Santos, Rudi Qarsiya, Stefan Kuntz, Hansi Flick, Şenol Güneş, Antonio Conte, Lucien Favre, Graham Potter, Andre Villas-Boas, Laurent Blanc da işsiz olan baş məşqçilər siyahısındadır.

 

Teqlər:

"Hal-haz\u0131rda i\u015fsiz olan ba\u015f m\u0259\u015fq\u00e7il\u0259r - Mourinyo Zidan v\u0259 ba\u015fqalar\u0131"

Əlaqəli Xəbərlər