Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turniri davam edir.
"Operativ Media" xəbər verir ki, kişilərin yarışında 9-cu turda azərbaycanlı qrossmeyster Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə bərabərə qalıb.
Abasov bundan öncə Yan Nepomnyaşi (iki dəfə), Hikaru Nakamura (ABŞ), Əlirza Firuzca (Fransa) və Vidit Santoşla (Hindistan) heç-heçə edib, Fabiano Karuana (ABŞ), Qukeş Dommaracu (Hindistan), Rameşbabu Praqnanandhaya (Hindistan) yenilib.