Martın 28-də saat 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər. “Mercedes"-in sürücüsü isə bədən xəsarətləri alıb.
Qəza ilə bağlı araşdırmalar davam etdirilir.
Teqlər:
"L\u0259nk\u0259randa ata v\u0259 o\u011ful yol q\u0259zas\u0131nda \u00f6l\u00fcb"