Menyu

Xaçmazda vətəndaşlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar

Nərmin Qocamanlı
Xaçmazda vətəndaşlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini  Könül Müzəffərova saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 000 (əlli beş min) manat pulunu ələ keçirmişdir.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Ceyhun Əsgərov saxlanılıb. 
O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmiş və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 000 000 (üç milyon) manatdan artıq zərər vurmuşdur.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər:

"Xa\u00e7mazda v\u0259t\u0259nda\u015flara 3 milyon manatdan art\u0131q ziyan vuran \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131blar"

Əlaqəli Xəbərlər