U-17 dünya çempionatı: Qurban Məcnunov 1/8 finala yüksəldi
Operativ Media
Bakıda güləş üzrə U-17 dünya çempionatına start verilib.
Operativ Media xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov 55 kq çəki dərəcəsində ilk görüşünə çıxıb. O, qırğızıstanlı Alixan Minazarovu 9:1 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma