Menyu

Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb

Nərmin Qocamanlı
Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb

Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb.

"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncamda etdiyi dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022-ci və 2025-cü illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirəcək.

Xatırladaq ki, indiyədək bu müddət 2022-ci və 2023-cü illəri əhatə edirdi.

Teqlər:

"\u018flill\u0259rin v\u0259 \u015f\u0259hid ail\u0259l\u0259rinin icbari \u015f\u0259xsi s\u0131\u011forta v\u0259saiti hesab\u0131na sosial m\u00fcdafi\u0259sinin maliyy\u0259l\u0259\u015fdirilm\u0259si m\u00fcdd\u0259ti uzad\u0131l\u0131b"

Əlaqəli Xəbərlər