Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Nardaran qəsəbəsində 2 evdən kombi aparatı, 3700 manat dəyərində məişət əşyaları və tikinti materialları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Həsən Bünyətov müəyyən olunaraq saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.