Hakan Fidan Albaniya, Bolqarıstan və Rumıniyaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 28-31-də Albaniya, Bolqarıstan və Rumıniyaya rəsmi səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.
Bəyanatda Fidanın Albaniya, Bolqarıstan və Rumıniyaya səfər edəcəyi, görüşlərdə cari regional və qlobal hadisələrin, eləcə də ikitərəfli münasibətlərin müzakirə olunacağı bildirilib.
Açıqlamada nazir Fidanın səfərlər münasibətilə türkiyəli iş adamları və Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşəcəyi qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net