Ana səhifə / Dünya / Hakan Fidan yanvarın 23-də Nyu-Yorka gedəcək Hakan Fidan yanvarın 23-də Nyu-Yorka gedəcək 21.01.2024, 15:55 Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün yanvarın 23-də Nyu-Yorka gedəcək. "Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Nazirimiz BMT Təhlükəsizlik Şurasının 23 yanvar 2024-cü ildə Fələstinlə bağlı keçiriləcək iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək. Nazirimizin səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur", - məlumatda qeyd edilib.