Mark van Bommel Belçika millisinin baş məşqçisi ola bilər
Niderland yığmasının sabiq yarımmüdafiəçisi Mark van Bommelin Belçika milli komandasının sükanı arxasına keçəcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. İddiaya görə, 49 yaşlı mütəxəssis baş məşqçi postuna əsas namizəd hesab olunur.
Xəbərdə qeyd olunub ki, iyulun 20-də Belçika millisinin baş məşqçisi Rudi Qarsiyanın vəzifəsindən ayrıldığı məlum olub. 62 yaşlı fransalı mütəxəssisin rəhbərliyi altında komanda DÇ-2026-nın dörddəbir finalına yüksəlib və burada turnirin qalibi olan İspaniya yığmasına 1:2 hesabı ilə uduzub.
M. van Bommelin son iş yeri Belçikanın "Antverpen" klubu olub. O, daha əvvəl "Volfsburq" və PSV-ni çalışdırıb, həmçinin Avstraliya və Səudiyyə Ərəbistanı yığmalarının məşqçilər korpusunda yer alıb.