Menyu

Tramp Kanadadan gələn mallara 50% tarif tətbiq edib

Şəfa Hüseynli
Tramp Kanadadan gələn mallara 50% tarif tətbiq edib

ABŞ Prezidenti Donald Tramp Kanadadan gələn müəyyən mallara əlavə 50% idxal rüsumları tətbiq edən sərəncam imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş məlumatda deyilir.

Sərəncama əsasən, yeni tariflər Kanadanın hərəkətlərinə cavab olaraq tətbiq edilib və ABŞ tərəfi bunu ABŞ məhsullarına qarşı ayrı-seçkilik hesab edir. Rüsumlar şərab, xokkey çubuqları və sement də daxil olmaqla geniş çeşiddə mallara şamil edilir.

Lakin yeni tariflər enerji məhsulları, kalium, dəniz məhsulları və vacib mineralların tədarükünə təsir göstərməyəcək.

Rüsumlar ABŞ Prezidenti tərəfindən sərəncam imzalandıqdan 30 gün sonra qüvvəyə minəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər