Menyu

"Axios": Vasitəçilər ABŞ və İrana atəşkəs təklifi təqdim ediblər

Operativ Media
"Axios": Vasitəçilər ABŞ və İrana atəşkəs təklifi təqdim ediblər

Qətər, Misir, Pakistan və digər regional vasitəçilər Vaşinqton ilə Tehrana münaqişə zonasında 10 günlük atəşkəsin bərpa olunmasını nəzərdə tutan yeni təklif təqdim ediblər.

Operativ Media xəbər verir ki, bu barədə iyulun 20-də mənbələrinə istinadən "Axios" portalı məlumat yayıb.

​Təşəbbüs atəşkəslə yanaşı, Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin bərpasını və tərəflər arasında pozulmaqda olan anlaşma memorandumunun xilas edilməsini hədəfləyir. Məlumata görə, hələlik nə ABŞ, nə də İran təklifi rəsmi olaraq qəbul etməyib.

​ABŞ Prezidenti Donald Trampın administrasiyası layihəni nəzərdən keçirir və İsraili diplomatiya imkanlarını çətinləşdirəcək addımlardan çəkinməyə çağırıb. Buna baxmayaraq, Vaşinqton danışıqların uğursuzluqla nəticələnə biləcəyi ehtimalına da hazırlaşır.

​Ağ Evdəki mənbə tərəflərin dialoqu davam etdirdiyini, lakin Tramp məqsədəuyğun hesab etdiyi müddətcə ABŞ-nin İrana zərbələr endirməyə davam edəcəyini bildirib.

​Körfəzdə hərbi əməliyyatlar ABŞ və İsrail tərəfindən fevralın 28-də başladılıb. İyun ayında tərəflər hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan memorandum imzalasa da, Vaşinqton Tehranı Hörmüz boğazı ilə bağlı razılaşmaları pozmaqda günahlandıraraq iyulun 8-nə keçən gecə zərbələri yenidən bərpa edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər