Zlatan İbrahimoviç televiziya eksperti karyerasını başa vurduğunu açıqlayıb
İsveç milli komandasının keçmiş hücumçusu Zlatan İbrahimoviç 2026-cı il dünya çempionatının final qarşılaşmasından sonra canlı efirdə televiziya eksperti kimi fəaliyyətini dayandırdığını bəyan edib.
Operativ Media xəbər verir ki, bu barədə "ESPN" telekanalı məlumat yayıb. Keçmiş futbolçu bu yay "Fox Sports" kanalında Rebekka Lou, Tyeri Anri və Aleksis Lalas ilə birgə ekspert qismində yeni ampluada qüvvəsini sınamışdı.
Aparıcılıq fəaliyyətini yekunlaşdıran 44 yaşlı şved keçmiş hücumçu canlı efirdə təşəkkürünü bildirib:
"Son ay yarım ərzində çox danışdım, buna görə də bunlar mənim son sözlərim olacaq. Amerikaya və kadrarxasında əməyi olan, adlarını Tyeri kimi xatırlamadığım bütün insanlara minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, Amerika da bu müddətdən mənim qədər zövq aldı. Bu, eyni zamanda studiya ilə vidalaşmağımdır. Bu, mənim ilk və son təcrübəm idi, hamınız özünüzə yaxşı baxın".
Qeyd edək ki, 2026-cı il dünya çempionatına qədər heç vaxt televiziya eksperti kimi çalışmayan İbrahimoviç apardığı təhlillər və səsləndirdiyi fikirıərlə qısa müddətdə tamaşaçıların rəğbətini qazanmışdı.
Karyerası ərzində "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", "PSJ", "Mançester Yunayted" və "Los-Anceles Qelaksi" klublarının formasını geyinən Zlatan İbrahimoviç İsveç yığmasının heyətində meydana çıxdığı 122 matçda 62 qola imza atıb.