Zelenski Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə danışıb
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhemlə danışıb.
Operativ Media xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb.
"Endi Börnhemlə danışmaqdan və onu Birləşmiş Krallığın Baş naziri vəzifəsinə başlaması münasibətilə təbrik etməkdən məmnun oldum. Ukraynaya və xalqımıza dəstəyin güclü olaraq qalacağına çox minnətdaram", - deyə Zelenski qeyd edib.
Prezident ukraynalılara hörmət ifadə etdiyinə, eləcə də son Rusiya hücumları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyinə görə Böyük Britaniya Baş nazirinə təşəkkür edib.
"Ukrayna və Böyük Britaniya güclü tərəfdaşlıq qura biliblər və biz mütləq onun yalnız genişlənməsini təmin etmək üçün çalışmağa davam edəcəyik", - deyə Zelenski vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Börnhemlə yaxın gələcəkdə görüşün keçirilməsi, o cümlədən Raket Əleyhinə Koalisiya çərçivəsində əməkdaşlıq barədə razılığa gəlib.