ABŞ-nin Venesuelaya humanitar yardımı 310 milyon dolları ötüb
ABŞ-nin zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Venesuelaya göstərdiyi yardımın həcmi 310 milyon dolları ötüb.
Operativ Media xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə ABŞ-nin Venesueladakı müvəqqəti işlər vəkili Con Barret bildirib.
"Hazırda bu tədbirlərlə bağlı ABŞ-nin humanitar yardımı 310 milyon dolları keçir", — deyə Amerikanın "VOZ" portalının jurnalisti Vanessa Valyexo onun sözlərindən sitat gətirib. Barret əlavə edib ki, Venesuela hakimiyyəti ölkədə humanitar yardımın sürətləndirilmiş şəkildə paylanması ilə bağlı ABŞ tərəfinin xahişlərini "tam şəkildə yerinə yetirir".
İyunun sonunda Dövlət Departamenti ABŞ administrasiyasının zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Venesuelaya 150 milyon dollar vəsait ayırmağı planlaşdırdığını bəyan etmişdi.