Menyu

Azərbaycanın kibertəhlükəsizlik siyasəti ATƏT PA-da diqqətə çatdırılıb

Operativ Media
Azərbaycanın kibertəhlükəsizlik siyasəti ATƏT PA-da diqqətə çatdırılıb

Beynəlxalq hüquq və ortaq prinsiplər bu gün təhlükəsizliyimizin ən həssas sahələrində hər gün sınaq qarşısındadır. Kibermühit artıq həmin sahələrin ön sıralarında dayanır. Əgər ATƏT məkanında təhlükəsizlik qaydalara əsaslanan nizam üzərində qurulursa, bu prinsip dövlətlərimizin iqtisadi, sosial və institusional dayanıqlığını təmin edən rəqəmsal infrastruktura da eyni dərəcədə şamil edilməlidir.

Uzun illər təhlükəsizlik anlayışı fiziki sərhədlərin qorunması ilə əlaqələndirilirdi. Bu gün isə dövlətlərin müdafiə etməli olduğu yeni bir sərhəd mövcuddur – rəqəmsal sərhəd.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva ATƏT Parlament Assambleyasının 33-cü İllik Sessiyasında “Beynəlxalq hüquq və ortaq prinsiplər: ATƏT məkanında təhlükəsizlik və əməkdaşlıq üçün təməl” mövzusunda keçirilən ümumi debatlar çərçivəsində deyib.

O bildirib ki, artıq bir kiberhücum, bir güllə belə atılmadan, həyati əhəmiyyət daşıyan xidmətlərin fəaliyyətini iflic edə, iqtisadi sabitliyi poza və cəmiyyətin dövlət institutlarına olan etimadını sarsıda bilər. Bu səbəbdən kibertəhlükəsizlik artıq texniki məsələ deyil, milli təhlükəsizliyin, dövlət suverenliyinin və strateji dayanıqlığın ayrılmaz tərkib hissəsidir. ATƏT məkanında əsas sual artıq kiberhücumların baş verib-verməyəcəyi deyil. Əsas məsələ dövlət institutlarımızın bu çağırışlara qarşı kifayət qədər dayanıqlı, çevik və hazırlıqlı olub-olmamasıdır.

Deputat qeyd edib ki, Azərbaycan üçün kibertəhlükəsizlik rəqəmsal suverenliyin möhkəmləndirilməsi və milli dayanıqlığın artırılması üzrə ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Həyata keçirilən strateji yanaşma ondan irəli gəlir ki, müasir dünyada dövlətlər təkcə təbii resurslar və bazarlar uğrunda deyil, eyni zamanda, texnologiyalar, məlumat və süni intellekt sahəsində üstünlük uğrunda da rəqabət aparırlar.

“Məhz bu baxışın nəticəsi olaraq, 2026–2028-ci illər üçün Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planına kibertəhlükəsizliyin gücləndirilməsinə və kritik informasiya infrastrukturunun müdafiəsinə yönəlmiş 58 təşəbbüs daxil edilib. Bu institusional çərçivə yeni yaradılmış Milli Kibertəhlükəsizlik Agentliyi ilə daha da gücləndirilib. Agentlik Təhlükəsizlik Əməliyyatları Mərkəzini, Hadisələrə Reaksiya Mərkəzini və Rəqəmsal Ekspertiza Mərkəzini vahid idarəetmə modeli altında birləşdirərək dövlətin kibermüdafiə imkanlarını keyfiyyətcə yeni mərhələyə yüksəldir. Lakin Azərbaycanın təcrübəsi daha fundamental bir həqiqəti də göstərir: heç bir dövlət, imkanlarından asılı olmayaraq, kiberməkanı təkbaşına təhlükəsiz edə bilməz. Milli səviyyədə qurduğumuz dayanıqlıq yalnız beynəlxalq əməkdaşlıq, qarşılıqlı etimad və məsuliyyətli davranış prinsipləri ilə tamamlandıqda davamlı nəticə verir”, - deyə S.Fətəliyeva vurğulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər