Aİ 2028–2034-cü illər üçün hərbi xərcləri rekord həddə çatdırır
Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcəsində hərbi təyinatlı vəsaitlər təxminən 150 milyard avro təşkil edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen NATO-nun Ankara sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumundakı çıxışı zamanı bildirib.
"Aİ-nin yeni çoxillik büdcəsinə hərbi imkanlar üçün 131 milyard avro, hərbi mobillik (hərbi yüklərin və ağır hərbi texnikanın Avropa boyu daşınması üçün yolların, körpülərin, tunellərin modernləşdirilməsi) üçün isə 17 milyard avro məbləğində vəsait daxil ediləcək", — deyə fon der Lyayen qeyd edib.
O, həmçinin Aİ-yə üzv dövlətlərin hərbi xərclərini dəstəkləmək üçün nəzərdə tutulan Aİ proqramlarını da xatırladıb və onun fikrincə, bu proqramlar 2030-cu ilə qədər bütün ittifaq daxilində hərbi ehtiyaclara 950 milyard avroyadək vəsait cəlb edə bilər.
2028–2034-cü illər üçün yeddiillik Aİ büdcəsi birlik tarixində bu qədər böyük həcmdə hərbi xərclərin nəzərdə tutulduğu ilk büdcə olacaq.