Dövlət Komitəsi: Autizmli uşağa qarşı zorakılıq faktı ilə bağlı araşdırma aparılır
Media vasitələrində uşağa qarşı zorakılıq faktı ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət qurumları, eləcə də uşağın ailəsi ilə əlaqə saxlanılmış, məsələ nəzarətə götürülmüşdür.
Komitədən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Araşdırmanın nəticələrinə uyğun olaraq hadisəyə qanunvericiliyin tələblərinə əsasən müvafiq hüquqi qiymət veriləcəkdir.
Uşaqlara qarşı hər cür zorakılığı qətiyyətlə pisləyir və bildirirəm ki, cəmiyyətimizin ən həssas təbəqəsini təşkil edən uşaqların təhlükəsizliyinin, hüquqlarının və ləyaqətinin qorunması hər birimizin ümumi məsuliyyətidir.
Baş vermiş hadisədə xüsusi narahatlıq doğuran məqam köməksiz vəziyyətdə olan bir uşağa qarşı yetkin şəxs tərəfindən fiziki zorakılığın tətbiq edilməsidir. Belə halların istənilən formada baş verməsi cəmiyyət tərəfindən həssaslıqla qarşılanmalı, uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində hər kəs məsuliyyətli və nümunəvi davranış sərgiləməlidir.