Menyu

Rezidenturanı başa vuran gənc həkimlər TƏBİB-in həkim heyətinə qoşulurlar

Operativ Media
Rezidenturanı başa vuran gənc həkimlər TƏBİB-in həkim heyətinə qoşulurlar

TƏBİB-in İcraçı direktoru Anar Bayramov TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyətə başlayan həkim-rezidentlərlə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Görüşdə TƏBİB-in tabeli tibb müəssisələrində əmək fəaliyyətinə başlayan həkimlər iştirak ediblər. Rezidenturanı uğurla başa vuran mütəxəssislər Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası və digər ixtisaslaşmış tibb müəssisələri ilə yanaşı, regionlarda fəaliyyət göstərən xəstəxanalara da təyin olunublar.

Rezidenturanı uğurla başa vuran həkimlər şəffaf və obyektiv seçim prosesi nəticəsində TƏBİB-in tabeli tibb müəssisələrində peşə fəaliyyətinə başlayırlar. Bu yanaşma səhiyyə sisteminin peşəkar kadrlarla gücləndirilməsinə, tibb müəssisələrinin insan resurslarının inkişafına və vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verir.

İcraçı direktor vurğulayıb ki, tibb müəssisələrinin peşəkar həkim kadrları ilə gücləndirilməsi TƏBİB-in əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə üzrə tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasına xidmət edir.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər