"Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə müqavilə yenilədi
Əziz Əzizli
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın formasını geyinəcək. O, 2003-cü ildən Naxçıvan təmsilçisinin heyətində yer alıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net