Menyu

"Dövlət satınalmaları haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub

Operativ Media
"Dövlət satınalmaları haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət satınalmaları haqqında" qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda qəbul olunub.

Operativ Media xəbər verir ki, yeni qanunla qeyri-rezident təchizatçıların icra və avans təminatı öhdəliklərindən azad edilməsi mexanizmi müəyyənləşir.

Dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər satınalma təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri üçün satınalma komissiyasına əsaslandırılmış müraciət edə biləcəklər.

Həmçinin, satınalma komissiyası bir mənbədən satınalma metodu tətbiq edilərkən, qeyri-rezident şəxslər tərəfindən bu təminatların ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə (öz təşəbbüsü və ya daxil olan müraciət əsasında), satınalan təşkilat 10 iş günü müddətində müvafiq dövlət qurumuna müraciət edəcək.

Müvafiq qurum isə nəzarət orqanının təklifləri əsasında 20 iş günü müddətində xarici təchizatçının icra və (və ya) avans təminatından azad edilməsi yaxud bundan imtina olunması barədə yekun qərar verəcək. Azad edilmə barədə qərar qəbul edildiyi tarixdən sonrakı 12 ay ərzində eyni satınalan təşkilat tərəfindən həmin təchizatçıdan eyni predmet satın alınarsa, yeni qərarın alınması tələb olunmayacaq.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər