Menyu

"The Daily Telegraph": Britaniya "Smyrtos" tankerindəki neftin satışı imkanlarını araşdırır

Operativ Media
"The Daily Telegraph": Britaniya "Smyrtos" tankerindəki neftin satışı imkanlarını araşdırır

Böyük Britaniya La-Manş boğazında saxlanılan "Smyrtos" tankerindəki 100 min tondan çox neftin satılması imkanlarını nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, bir çox Britaniya rəsmisi tankerdəki neftin artıq onların ölkəsinə məxsus olduğunu və Londonun bu neftlə bağlı sərbəst qərar verə biləcəyini hesab edir.

Qəzetin məlumatına əsasən, britaniyalı nazirlər gəmidəki "Urals" markalı nefti hərraca çıxarmağı planlaşdırırlar.

Qəzet onu da əlavə edib ki, neftin bazar dəyəri təxminən 35 milyon funt-sterlinq təşkil edir və Britaniya hökuməti toplanan məbləğin Ukrayna Silahlı Qüvvələrinə (USQ) verilməsi təklifini araşdırır.

Xatırladaq ki, iyunun 14-də Birləşmiş Krallığın Baş naziri Kir Starmer Müdafiə Nazirliyi ilə birgə bəyanatında Britaniya hərbçilərinin La-Manş boğazında Rusiyanın "kölgə donanması"na məxsus olduğu iddia edilən "Smyrtos" tankerini ələ keçirdiyini bildirmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər