Menyu

Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salınıb

Operativ Media
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Operativ Media  xəbər verir ki, iyunun 25-də Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Şuşa rayonunun Böyük Qaladərəsi, Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Ballıca, Badara və Xanabad, Ağdərə rayonunun Çıldıran, Vəngli və Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə adıçəkilən bölgələrə ümumilikdə 58 ailə (237 nəfər) köçürülüb.

Ağdərə rayonunun 3 yaşayış məntəqəsinə, 30 ailə (129 nəfər) köçürülüb ki, onlardan 4-ü (23 nəfər) Vəngli kəndinə (cəmi köçürülüb: 145 ailə (576 nəfər)), 13-ü (53 nəfər) Çıldıran kəndinə (cəmi köçürülüb: 41 ailə (165 nəfər)), 13-ü (53 nəfər) isə Həsənriz kəndinə (cəmi köçürülüb: 286 ailə (1133 nəfər) köçürülüb.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, 8 ailə (34 nəfər) köçürülüb (cəmi köçürülüb: 43 ailə (174 nəfər).

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 7 ailə (28 nəfər) köçürülüb (cəmi köçürülüb: 468 ailə (2031 nəfər).

Xocalı rayonunun 3 yaşayış məntəqəsinə, cəmi 6 ailə (17 nəfər) köçürülüb ki, onlardan 2-si (7 nəfər) Ballıca kəndinə (cəmi köçürülüb: 246 ailə (1088 nəfər), 2-si Xanabad kəndinə (cəmi köçürülüb: 101 ailə (439 nəfər)), 2-si (5 nəfər) də Badara kəndinə (cəmi köçürülüb: 103 ailə (387 nəfər) köçürülüb.

Xocavənd rayonunun Hadrut qəsəbəsinə, 4 ailə (15 nəfər) köçürülüb (cəmi köçürülüb: 82 ailə (347 nəfər).

Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə, 3 ailə (14 nəfər) köçürülüb (cəmi köçürülüb: 17 ailə (78 nəfər).

Ailələr köçürüldükləri yerlərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Beləliklə, 25.06.2026-cı il tarixindəki köç də nəzərə alınmaqla ümumilikdə 1 şəhər, 10 rayonun 44 yaşayış məntəqəsində 9237 ailə (37248 nəfər) məskunlaşmış olacaqdır.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər