Menyu

ABŞ seysmoloqları Venesuelada çoxsaylı insan tələfatı ilə bağlı proqnoz veriblər

Operativ Media
ABŞ seysmoloqları Venesuelada çoxsaylı insan tələfatı ilə bağlı proqnoz veriblər

Venesuelada baş verən zəlzələ çoxsaylı insan tələfatına və ciddi ziyana səbəb ola bilər.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin yaydığı məlumatda qeyd olunub.

“ABŞ Geoloji Xidməti çox sayda itki və ziyanın olacağını təxmin edir. Fəlakətin genişmiqyaslı olacağı ehtimal edilir”, - deyə məlumatda qeyd olunub.

Bununla yanaşı, ABŞ Geoloji Xidməti Venesueladakı zəlzələnin maqnitudasını 7,5 bal gücündə hesab edib. Xidmət daha əvvəl təkanların maqnitudasını 7,1 bal olaraq qiymətləndirib. Lakin bu qiymətləndirmə yenidən nəzərdən keçirilib. Məlumata görə, 7,1 və 7,5 bal gücündə iki silsilə təkan bir-birindən bir dəqiqəlik fərqlə qeydə alınıb. Onların episentrləri Venesuelanın Yarakuy əyalətində bir-birindən 10 kilometr məsafədə yerləşib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər