Menyu

Venesuelada baş verən zəlzələ nəticəsində 32 nəfər ölüb - YENİLƏNİB

Operativ Media
Venesuelada baş verən zəlzələ nəticəsində 32 nəfər ölüb - YENİLƏNİB

Venesuelada baş verən zəlzələdə ən azı 32 nəfər ölüb, 700 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bunu Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqez bildirib.


***
07:19


Venesuelanın şimalında 7,1 maqnitudada zəlzələ qeydə alınıb.

Bu barədə Operativ Media Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Hazırda zərərçəkənlər və ya dağıntı barədə məlumat yoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər