ABŞ-də İsrail-Livan danışıqlarının ilk günü nəticəsiz başa çatıb
Operativ Media
Vaşinqtonda İsrail və Livan arasında aparılan danışıqların ilk günü nəticəsiz başa çatıb.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Barak Ravid məlumatlı mənbələrə istinadən sosial şəbəkədə yazıb.
Məlumata görə, gün ərzində tərəflər arasında danışıqlar gərgin keçib. Buna baxmayaraq, İsrail rəsmiləri danışıqların atmosferini "xoş" kimi qiymətləndiriblər.
Bildirilir ki, tərəflər İsrail qoşunlarının Livan ərazisindən mümkün çıxarılmasının miqyası və vaxtı məsələsində ciddi fikir ayrılıqlarını qoruyub saxlayırlar.
Barak Ravid qeyd edib ki, danışıqların ilk gününün səmərəsiz keçməsi səbəbindən amerikalı vasitəçilər tərəflərin mövqelərini yumşaltmaq ümidi ilə müzakirələri yenidən başlamaq qərarına gəliblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net