Menyu

Azərbaycan və Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Operativ Media
Azərbaycan və Pakistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyəti ölkəmizə səfər edib. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarların gül dəstələri qoyub, ehtiram nümayiş etdiriblər. 

Pakistanlı nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. 

Görüşdə Azərbaycanla Pakistan arasında əlaqələrin davamlı inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyətinə "Hərbi təhsil və elm sahəsində həyata keçirilən islahatlar" mövzusunda brifinq təqdim olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər