Menyu

AZAL Gəncədən Sankt-Peterburqa mövsümi reyslərə başlayıb

Şəfa Hüseynli
AZAL Gəncədən Sankt-Peterburqa mövsümi reyslərə başlayıb

"Azərbaycan Hava Yolları" (AZAL) Gəncə şəhərindən Sankt-Peterburqa və əks istiqamətdə mövsümi uçuşları bərpa edib.

Operativ Media-nın məlumatına görə, bu barədə AZAL-dan "TASS"a bildirilib.

"Təyyarə bu gün yerli vaxtla saat 16:20-də (Moskva vaxtı ilə saat 15:20 – TASS) Gəncədən Sankt-Peterburqa yola düşüb. Uçuşlar həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək", - deyə aviaşirkət qeyd edib.

Qeyd edilib ki, bu uçuş sonuncu dəfə AZAL tərəfindən 2025-ci ilin yay ayının sonunda həyata keçirilib və yay turizm mövsümünün əvvəlində bərpa edilib.

Əlaqəli Xəbərlər