Menyu

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb - YENİLƏNİB 2

Operativ Media
Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb - YENİLƏNİB 2

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edərək, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüş zamanı, ölkəmizin Ümumdünya Şəhərsalma Forumuna (WUF-13) uğurlu evsahibliyi, yüksək səviyyəli Pakistan nümayəndə heyətinin iştirakı məmnunluqla qeyd olunub.

Qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan–Pakistan münasibətlərinin regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdiyi vurğulanıb, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Görüş zamanı regional təhlükəsizlik, Yaxın Şərqdə mövcud vəziyyət, eləcə də qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

21:16

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan–Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq və qardaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

Həmçinin iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

21:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmmdə İshaq Dar BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən açıq debatları çərçivəsində enerji və mayeləşdirilmiş təbii qaz sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Müdafiə sahəsində tarixi əlaqələr və Pakistanın Baş naziri Şahbaz Şərif ilə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi nəticəsində yaranmış yüksək dinamika xüsusi qeyd olunub. Həmçinin güzəştli ticarət və tranzit ticarəti sazişləri çərçivəsinin optimallaşdırılması hesabına iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji və mayeləşdirilmiş təbii qaz sektorunda qarşılıqlı fəaliyyətin artırılması barədə razılıq əldə olunub", - məlumatda bildirilib.

Tərəflər həmçinin BMT Nizamnaməsinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyib, Qlobal Cənub ölkələrinin ədalətli beynəlxalq nizamın formalaşdırılmasında rolunun vacibliyini vurğulayıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər