Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə mayın 25-də “Afrika Günü” münasibətilə Bakıda beynəlxalq konfrans keçirilir.
Operativ Media xəbər verir ki, konfransda Afrika qitəsi ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri, Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rəhbərləri, ekspertlər, həmçinin ölkəmizdə təhsil alan afrikalı tələbələr iştirak edirlər.
Tədbir çərçivəsində “Azərbaycan–Afrika münasibətləri: mövcud dinamika və strateji potensial” və “Gündəm 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu” mövzularında panel müzakirələr keçiriləcək.
Konfrans çərçivəsində, həmçinin "ASAN xidmət"in Afrikadakı fəaliyyəti ilə bağlı təqdimat da nəzərdə tutulur.
Qeyd edək ki, “Afrika Günü” hər il mayın 25-də Afrika İttifaqının yaradılması münasibətilə beynəlxalq səviyyədə qeyd olunur.