Menyu

Bakı-Tbilisi qatarının bilet satışına start verilib

Operativ Media
Bakı-Tbilisi qatarının bilet satışına start verilib
Bakı–Tbilisi qatar reysi üzrə bilet satışına start verilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, ilk qatar Bakı Dəmiryol Vağzalından mayın 25-i saat 23:10-da hərəkət edəcək.

“Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), "ADY Mobile" tətbiqi və dəmiryol kassalarından ala bilərsiniz", - məlumatda bildirilib.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı sərnişin qatarında komfort, komfort + və lüks olmaqla, üç sinif üzrə xidmət göstəriləcək. 

Əlaqəli Xəbərlər