Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB
Operativ Media
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Bu barədə Operativ Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda 15 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
***
09:06
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda göndəriləcək.
Operativ Media xəbər verir ki, qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri sansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.