Menyu

Taksilər üçün minib-düşmə məntəqələrin sayının artırılması nəzərdə tutulurmu?

Operativ Media
Taksilər üçün minib-düşmə məntəqələrin sayının artırılması nəzərdə tutulurmu?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev taksi sürücülərinin minib-düşmə yerlərinin azlığı ilə bağlı narazılıqlarına münasibət bildirib.

Operativ Media xəbər verir ki, o, “Report” İnformasiya Agentliyi və “Xəzər” TV-yə müsahibəsində qeyd edib ki, məsələ ictimai nəqliyyatın prioriteti ilə taksi xidmətlərinin rahatlığı arasında balansın qorunmasını tələb edir.

Onun sözlərinə görə, avtobus zolaqlarında dayanma və minib-düşmə halları ictimai nəqliyyatın hərəkət qrafikinə ciddi təsir göstərə bilər.

Anar Rzayev bildirib ki, hazırda Bakı şəhərində 16 küçə və prospektdə 28 xüsusi minib-düşmə məntəqəsi yaradılıb.

Bununla belə, o vurğulayıb ki, hər yerdə avtomobillərin dayanmasına şərait yaradılması mümkün deyil və bir sıra ölkələrdə də oxşar məhdudiyyətlər tətbiq olunur.

AYNA sədri əlavə edib ki, taksi sürücülərinin fəaliyyəti üçün artıq 67 min sürücünün təlim keçərək imtahanla sistemə daxil olduğu, onların çətin iş şəraitində xidmət göstərdiyi nəzərə alınmalıdır.

O, həm sürücülərdən, həm də sərnişinlərdən daha anlayışlı yanaşma sərgiləməyə çağırıb.

Rzayevin sözlərinə görə, bəzi sərnişinlərin “mütləq istədiyim nöqtədə endirilməliyəm” tələbləri sürücülər üçün əlavə çətinlik yaradır və ümumilikdə xidmət keyfiyyətinə təsir edir.


Əlaqəli Xəbərlər