Rəhman Daşdəmirov: Azərbaycan Kubokunu ikinci dəfə qazanmağımız qürurverici haldır
Operativ Media
Azərbaycan Kubokunu ikinci dəfə qazanmağımız qürurverici haldır.
Bu sözləri Operativ Media-ya açıqlamasında "Sabah" klubunun müdafiəçisi Rəhman Daşdəmirov deyib.
O, final oyununun çətin keçdiyini vurğulayıb.
"Çox yüksək səviyyəli mövsüm keçirdik və hər iki titulu qazandıq. Çox xoşbəxtəm. Bütün "Sabah" ailəsini və azarkeşlərimizi təbrik edirəm. Bunlar heç vaxt unudulmayacaq çox gözəl hisslərdir. Çətin rəqibə qarşı geri dönüş etməyi bacardıq. Hesab edirəm ki, finala layiq oyun keçdi, atmosfer çox möhtəşəm idi. Bu titulu ikinci dəfə qazanmağımız qürurverici haldır".
Gələcək karyerası haqda da danışan 26 yaşlı müdafiəçi növbəti mövsüm də "Sabah"da olacağını qeyd edib.
"Müqaviləmin müddətinin başa çatmasına hələ bir il var. Növbəti mövsüm də "Sabah"da olacağam".